Azərbaycan XİN Pakistanı təbrik etdi
- 11:31 - 14 Avqust
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Avropa.info xəbər verir ki, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yer alıb:
“Pakistan İslam Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik.
Azərbaycan və Pakistanın güclü dostluq və tərəfdaşlıq münasibətləri var.
Bu əlamətdar gündə qardaş Pakistan xalqına cansağlığı, sülh və firavanlıq diləyirik”.