Belarus DİN başçısı etirazlarda təsadüfi insanların yaralanmasına görə üzr istədi

  • 23:59 - 13 Avqust

Belarusun Daxili İşlər naziri Yuri Qarayev bildirib ki, etirazlarda təsadüfi insanların yaralanmasına görə məsuliyyəti öz üzərinə götürür və üzr istəyir. 

“RİA Novosti” bildirir ki, bunu siyasətçi “Markov. Niçeqo liçnoqo” proqramının efirində deyib. 

Qeyd edək ki, nümayişçilər avqustun 9-da, prezident seçkilərinin keçirildiyi vaxt, respublika şəhərlərinin küçələrinə çıxıb. Bazar günündən etibarən icazəsiz aksiyalar davam edir, lakin onlar güc strukturları tərəfindən sərt şəkildə yatırılır. Etirazçılara qarşı hüquq-mühafizə orqanları gözyaşardıcı qaz, su şırnağı, işıq qumbarası və rezin güllələrdən istifadə edirlər. Respublika DİN-in məlumatına görə, iğtişaşlar zamanı bir nəfər həlak olub.  


Oxunma sayı: 10792

Oxşar yazılar