Çinli qadın altı ayda iki dəfə COVID-19-a yoluxdu

  • 23:47 - 13 Avqust

Çinli qadın son altı ayda iki dəfə COVID-19-a yoluxub. 

Bu barədə “Daily Mail” agentliyi məlumat yayıb. 

Adı açıqlanmayan qadının 68 yaşı var. Qeyd olunur ki, fevral ayında koronavirusa yoluxan qadın müalicə olunaraq evə buraxılıb. 

Altı aydan sonra o, avqust ayında yenidən COVID-19 infeksiyasına yoluxub. Nəticədə qadın növbəti dəfə karantinə alınıb. 

Mütəxəssislər bildirirlər ki, təkrar koronavirusa yoluxma halına nadir hallarda rast gəlinir və bu, orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır.


Oxunma sayı: 3323

Oxşar yazılar