Dünyada COVID-19-a 276 min yeni yoluxma aşkarlanıb

  • 23:15 - 13 Avqust

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artıb. 

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. 

Belə ki, son 24 saatda dünyada koronavirusa 276 mindən çox yeni yoluxma və 7 minə yaxın ölüm faktı qeydə alınıb. 

Qeyd edilir ki, dünyada COVID-19-a yoluxanların sayı 20 439 814-ə, ölənlərin sayı isə 744 385-ə çatıb. 

Son bir gündə yeni yoluxmaların sayı 276 398 təşkil edib, bununla yanaşı, daha 744 385 insan pandemiyanın qurbanı olub. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. 


Oxunma sayı: 5182

Oxşar yazılar