Türkiyədə universitetlər oktyabrın 1-dən sonra açılacaq

  • 20:37 - 13 Avqust

Türkiyədə ali məktəblərin yeni tədris ilinə başlaması oktyabrın 1-dən sonraya nəzərdə tutulub.

Bu barədə Türkiyə Ali Təhsil Şurasından bildirilib.

Qeyd olunub ki, yeni növ koronavirusla mübarizə tədbirləri ilə əlaqədar universitet yataqxanalarında tələbələrin sıx yerləşməməsi də nəzərə alınmaqla, universitetlərin 1 oktyabrdan sonra açılması tövsiyə olunub.

Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyi nəzdindəki Elm Qurumunun tövsiyəsi ilə dünən Təhsil naziri Ziya Səlcuk bütün orta məktəblərdə dərslərin onlayn şəkildə avqustun 31-dən fəaliyyətə başlayacağını deyib. Məktəblərin normal qaydada açılması isə sentyabrın 21-ə planlaşdırılır.(apa)


Oxunma sayı: 3554

Oxşar yazılar