Polis əməkdaşları Oğuzda reyd keçiriblər

  • 19:28 - 13 Avqust

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı müvafiq tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən məlumata görə, reydlər zamanı bir neçə obyektdə karantin rejiminin qayda və tələblərinin pozulduğu müəyyən edilib. Mağazalarda bəzi satıcı və müştərilərin sosial məsafəni gözləmədikləri, eləcə də tibbi maskadan istifadə etmədikləri aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib edilərək cərimələniblər.

 


Oxunma sayı: 5303

Oxşar yazılar