Oğlunu öldürən atanın məhkəməsi başlayır

  • 18:35 - 13 Avqust

Göygöldə oğlunu qətlə yetirməkdə təqsirləndirilən Yaşar Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Hakim Xaqani Səmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə yanvar ayının 1-də rayonun Nadel kəndində baş verib. 

Kənd sakini, 1950-ci il təvəllüdlü Yaşar Qəmbər oğlu Bayramov oğlu - 1978-ci il təvəllüdlü Mahir Bayramovu taxıl sahəsində ov tüfəngindən 2 dəfə atəş açaraq qətlə yetirib.

O, hadisə yerindən qaçsa da, əməliyyat axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Bakıda istintaqa təhvil verilib.
Hadisəyə uzun müddət tərəflər arasında mübahisəyə səbəb olan evin M.Bayramov tərəfindən yandırılması səbəb olub.
Y.Bayramova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. 


Oxunma sayı: 5083

Oxşar yazılar