“Beyrut partlayışı açıq və qəti şəkildə İsrail tərəfindən törədilib” – Livanın sabiq daxili işlər naziri

  • 17:54 - 13 Avqust

Livanın sünni icmasının nümayəndəsi, Müstəqbəl Hətəkatından sabiq daxili işlər naziri və deputat seçilmiş Nihad əl-Məşnuk İsraili Beyrut limanındakı partlayışı törətməkdə ittiham edib.

Avropa.info xəbər verir ki, Məşnuk “Beyrutda baş verən hadisə açıq və qəti şəkildə İsrail tərəfindən törədildi. Bu aparılan təhqiqatlardan, materiallardan və mövcud əlaqələrdən əldə edilmiş nəticədir. Bəşəriyyətə qarşı törədilmiş bir cinayətlə qarşı-qarşıya olduğumuz açıqdır. Bu üzdən heç kəs bu cinayəti üzərinə götürməyə cəsarət etmir”, deyib.

Məşnuk anbarda olan 2700 ton ammonium nitratın 1400 tonunun partlayışda əvvəl yoxa çıxdığını iddia edib:

“Hansı livanlı prokuror cəsədlərin, dağıntıların arasında raket parçalarını tapdığını açıqlamağa cəhd edə bilər? Hansı prokuror partlayışın miqyasının 2750 ton ammonium nitrat olmadığını, 1350 ton olduğunu və qalan 1400 tonun harada olduğunu deməyə cəsarət edə bilər?”

Məşnuk Fransa prezidenti Emmanuel Makronun İran prezidenti Həsən Ruhaniyə zəng edərək Livanın daxili işlərinə qarışmaqda əl çəkməsini deməsini işğal olunmuş ölkə statusu ilə müqayisə edib:

“Biz siyasi cəhətdən işğal edilmiş ölkəyik. Makronun bu açıqlaması işğal olunmuş dövlət olduğumuzu göstərir və bu işğala hər hansı formada siyasi müqavimət göstərdiyimizi bəyan etməliyik. Beynəlxalq istintaq keçirilməsinə icazə verilməzsə, kütləvi şəkildə istefa verməliyik. Qərar verilərsə şəhid ailələrinin haqlarının kiçik qisminin qaytarılmasına nail olmuş olacağıq.

Mövcud hökumət işə yaramırdı və gördüyü ən axmaq şey hərbi təhqiqat ilə beynəlxalq istintaq arasında uzlaşma əldə etmək üçün Ali Məhkəmə Şurasına səlahiyyət verməsi ilə bağlı son qərar idi. Əslində bu boş həll yoludur, çünki şurada baxılan işlərin heç biri haqda qərar çıxmadı. Daha əvvəl istefa vermiş ədliyyə naziri və partiya üzvü hakim təyin olundu. Üstəlik Ali Məhkəmə Şurasının etirazına baxmayaraq. Elə isə buradan hansı nəticənin çıxmasını gözləyirsiniz?”.

Məşnukun sözlərinə müstəqil millət vəkillərinin istefa vermə məsələsində yavaş davranmasının arxasında da Fransa prezidenti Makron dayanır. O, Müstəqbəl Hətəkatının, Proqressiv Sosialist Partiyası və Livan Qüvvələri Partiyasının parlamentdən istefa vermək istədiklərini, ancaq müzakirələrin getdiyi gecə Fransa prezidentinin onlara zəng etdiyini və Makronun onlardan o, Livana gələnədək gözləməyi xahiş etdiyini deyib.

“Keçən səfər hökumət qurması üçün Nəvaf Salamı namizəd göstərmişdi və o, hələ də mənim namizədimdir. O, həqiqətən tərəfsiz, ağırbaşlı və cəsur insandır. Baş nazir Həririyə tərəfsiz hökumət qurulmasına icazə verəcəklərini zənn etmirəm” – Məşnuk yeni Livan hökumətinin qurulması ehtimalı haqda danışarkən deyib.


Oxunma sayı: 7008

Oxşar yazılar