ABŞ: Tramp Ərdoğla Liviyada silahsızlaşdırılmış zona yaratmaq haqda danışıb

  • 16:38 - 13 Avqust

ABŞ-ın Liviya səfirliyi prezident Donald Tramp və Türkiyə prezidenti arasında telefon görüşünün keçirildiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, səfirliyin sosial şəbəkədə verdiyi açıqlamada iki dövlət başçısı Liviyanın mərkəzində silahsızlaşdırılmış zona formalaşdırmaq üçün atılan addımları müzakirə etdiyi qeyd olunur.

Telefon danışığı zamanı xarici qüvvələrin və muzdlu əsgərlərin Liviyadan tamamilə çıxarılması yolları da müzakirə edilib. Liviya Mili Neft Şirkətinin fəaliyyəti üçün həyatı əhəmiyyətli şəraitin təmini qeyd olunub.

Tramp və Ərdoğanın telefon görüşü ABŞ-ın Liviya səfiri Riçard Norlandın dünən Ankaraya təşkil etdiyi səfərdən sonra baş tutub.


Oxunma sayı: 6205

Oxşar yazılar