Son 10 il tarixin ən isti dövrü olub – Elmi araşdırma

  • 14:36 - 13 Avqust

Son elmi tədqiqatlara görə son 10 il planetdə qeydə alınan ən isti dövr olub.

Avropa.info xəbər verir ki, aparılan tədqiqatlar 2019-cu ilin isə ikinci və ya üçüncü ən isti il olduğunu göstərir.

“Guardian” qəzetinin yazdığına görə, 1980-ci ildən bu yana hər gələn il əvvəlkindən daha isti olub, 2010 və 2019 arası dövr isə meteoroloji qeydlərin aparıldığı XIX əsrdən bu yana ən isti dövr kimi tarixə düşüb. Qlobal istiləşmə son 10 ildə orta hesabla 0,39 C dərəcə artıb.

NASA və Beynəlxalq Okean və Atmosfer Dairəsinin rəqəmlərinə görə, 2019-cu il ən isti ikinci il, Britaniya Meteorologiya Dairəsinin rəqəmlərinə görə, ən isti üçüncü il kimi tarixə düşüb.

Hesabat 60 ölkədən olan 520 elm adamının töhfəsi ilə hazırlanıb. Hesabatdan çıxan nəticələr:

- Dəniz üstü istilik keçən il 2016-cı ildən sonra ən yüksək səviyyəyə çatdı.

- İstixana qazları səviyyəsi 2019-cu ildə ən yüksək səviyyəyə çatıb.

- Antarktida və Arktikada ən isti il qeydə alınıb.

Penn Universitetinin iqlim üzrə eksperti Maykl Man nəticələrlə bağlı bunları deyib:

“Məlumatlar nəzərdən keçirilərsə, ən isti 10 illiyi yaşadıq. Qlobal istiləşməni 1,5 dərəcənin fəlakət səviyyəsinin aşağısında tutmaq istəyiriksə, gələcək 10 il ərzində dərhal hərəkətə keçməli, korbon emissiyalarını 2-yə endirməlyik”.


Oxunma sayı: 5677

Oxşar yazılar