İranda koronovirus yoluxma hallarının 20 dəfə çox olduğunu yazan qəzet qapadıldı

  • 13:33 - 13 Avqust

İranda “Jahan e sanat” internet qəzeti Koronovirusla Mübarizə Qurumunun üzvü Məhəmməd Rza Məhbubfardən götürülən müsahibədən sonra qapadılıb.

Avropa.info xəbər verir ki, reportajda Məhbubfar rəsmilər tərəfindən açıqlanan rəqəmin real yoluxma sayının ancaq 5%-ni təşkil etdiyini, real yoluxma hallarının 20 dəfə daha yüksək olduğunu iddia edib.

İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Məhbubfarın sözlərini təkzib edib. Qəzetin baş redaktoru Məhəmmədrza Saadiyə görə, qəzet koronovirus yoluxma halları ilə bağlı xəbər yaydığına görə qapadılıb. 

İranın rəsmi məlumatına görə, ölkədə ümumi yoluxma sayı 331 min 189 nəfər, koronovirusdan ölüm sayı 18 min 800 nəfərdir.


Oxunma sayı: 6480

Oxşar yazılar