ABŞ Belorusa qarşı sanksiyalar barəsində qərarsızdır

  • 13:23 - 13 Avqust

ABŞ dövlət katibi Mayk Pompeo Belarusa qarşı sanksiyaların tətbiq olunacağını istisna etməyib.

Avropa.info xəbər verir ki, Dövlət Departamenti tərəfindən yayımlanan reportajda Pompeodan Minsk əleyhinə sanksiyaların tətbiq edilməsi və ya neft tədarükünün dayandırılması soruşulub.

"Əminəm ki, bütün bunları nəzərdən keçirəcəyik. Lakin meyarlar vacibdir. Fikrimizcə, nəinki birtərəfli qaydada, həm də çoxtərəfli formatda Belarus xalqı üçün yaxşı nəticə əldə etmək üçün nə isə edə bilərik. Bu sanksiyaların və ya məhsulların tədarükünə dair qərarların olub-olmayacağı hələ müəyyənləşdirilməyib” – Pompeo deyib. 


Oxunma sayı: 5721

Oxşar yazılar