Maduronun vitse-prezidenti də koronovirusa yoluxdu

  • 12:47 - 13 Avqust

Venesuela vitse-prezidenti, rabitə və informasiya naziri Xorxe Rodriqe Kovid-19 xəstəliyinə yoluxub.

Avropa.info xəbər verir ki, bu barədə o, sosial şəbəkə səhifəsində yazıb:

“Özümü yaxşı hiss edirəm, ancaq virusun öhdəsindən gəlmək üçün lazımi təhlükəsizlik və özünütəcrid tədbirlərinə nəzarət etməliyəm”.

Qeyd edək ki, iyul ayında Venesuela parlamentinin sədri Diosdado Kabelonun koronovirus testi müsbət çıxmışdı. Venesuelada 29088 nəfər virusa yoluxub, 247 nəfər vəfat edib.


Oxunma sayı: 4489

Oxşar yazılar