İki ölkə arasında gərinlik artır - İraq Türkiyə sərhədinə ordu göndərdi

  • 12:10 - 13 Avqust

Türkiyənin İraqın şimalında PKK terror təşkilatına qarşı keçirdiyi “Pəncə-Qaplan” əməliyyatı çərçivəsində iki yüksəkrütbəli İraq zabitinin öldürülməsindən sonra İraq Türkiyə sərhədinə ordu göndərib.

Avropa.info xəbər verir ki, İraqın Ərbil şəhəri Sidekan qəsəbəsinin başçısı Ehsan Çələbi İraq ordusu sərhəd keşikçilərinin bölgəyə göndərildiyini, ağır silah tədarük edən qüvvələrin hücuma məruz qalmaması üçün PKK terror təşkilatına xəbərdarlıq edildiyini bildirib.

Çələbi dünənki insidentdən sonra sərhəd bölgəsində hər hansı gərginliyin baş vermədiyini və vəziyyətin sakit olduğunu deyib.


Oxunma sayı: 6084

Oxşar yazılar