Türkiyə XİN-dən İraqın notasına cavab

  • 11:41 - 13 Avqust

İraqdakı PKK varlığının göz yumulması davam etdiyi təqdirdə ölkə sərhədlərinin təhlükəsizliyi çərçivəsində harada olursa-olsun lazımi tədbirləri indiyə qədər olduğu kimi  görməkdə qərarlıdır.

Avropa.info xəbər verir ki, bu bəyanatı Türkiyə XİN dünən İraq XİN-nin notasına cavab olaraq verib.

Qeyd edək ki, dünən gecə Türkiyə PUA-nın İraq ərazisində endirdiyi zərbə nəticəsində avtomobildə olan PKK lideri və iki yüksəkrütbəli İraq hərbçisi öldürülmüşdü.

Bəyanatda İraqa sığınaraq Türkiyəyə qarşı hücumlar həyata keçirən PKK terror təşkilatının İraqın suverenliyi, ərazi bütövlüyü, təhlükəsizliyi və stabilliyinə meydan oxuduğu deyilir.

Türkiyə XİN iraqlı rəsmiləri PKK-ya qarşı lazımi addımlar atmağa, Türkiyəyə qarşı əsassız iddialara son qoymağa və əsaslı mövqe tutmağa çağırıb.


Oxunma sayı: 4544

Oxşar yazılar