İraqın cənubunda ABŞ hərbi konvoyuna hücum

  • 11:25 - 13 Avqust

İraqın cənubunda Bəsa qəsəbəsi yaxınlarında ABŞ rəhbərliyində koalisiyanın hərbi konvoy minaya düşüb.

Avropa.info xəbər verir ki, “Əl Sümeriyə” telekanalının təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, Nəsiriyyənin qərbində yerləşən qəsəbənin yaxınlarında trass üzərində koalisiya qüvvələrinə məxsus dəstək konvoyu əldəqayırma partlayıcıya tuş gəlib.

Partlayış zamanı ölü və yaralıların olmadığı bildirilir. 


Oxunma sayı: 3708

Oxşar yazılar