Türkiyənin Müdafiə naziri Hulusi Akar ordu generalları ilə birgə Azərbaycana səfər edib - FOTO

  • 21:18 - 12 Avqust

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi heyəti ilə Azərbaycana səfər edib.

Avropa.info xəbər verir ki, bu barədə Hulusi Akar "Twitter" səhifsində yazıb. Onu Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler,  Quru Qoşunları komandanı ordu generalı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüz müşayiət edir.

Nazir bildirib ki, sabah Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.


Oxunma sayı: 17029

Oxşar yazılar