İranda koronovirusdan ölənlərin sayı 19 minə çatdı

  • 16:42 - 12 Avqust

İranda koronovirus üzündən həyatını itirənlərin sayı 188 nəfər artaraq 18 min 988 nəfərə çatıb.

Avropa.info xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari Tehranda keçirilən mətbuat konfransında açıqlama verib.

“Təəssüf ki, sutka ərzində Kovid-19-a yoluxan 188 vətəndaşımız həyatını itirdi. Ölkə miqyasında 2510 yeni yoluxma halı aşkarlanıb, 1089 nəfər xəstəxanada müalicəyə götürülüb” – Lari deyib.

Lari İranda bu günə qədər 18 min 988 nəfərin virusdan öldüyünü, 333 min 699 nəfərin isə bu xəstəliyə yoluxduğunu deyib. Reanimasiyada olan xəstə sayı 3940 nəfərdir.


Oxunma sayı: 7107

Oxşar yazılar