“Münaqişənin siyasi yolla həll edilməsinin tərəfdarıyıq” – XİN rəhbəri

  • 14:20 - 12 Avqust

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi dialoq yolu ilə həll edilməsinin tərəfdarıdır, amma Ermənistan işğal etdiyi bölgələrdən çıxmalıdır.

Avropa.info xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə səfəri çərçivəsində “CNN Türk” kanalına müsahibəsində deyib.

Nazir bildirib ki, 12 iyuldan başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri növbəti hərbi təxribat həyata keçirdi. Həmin təxribatın çox aydın siyasi və hərbi məqsədləri var idi.

"Bu, işğalçı dövlətin Dağlıq Qarabağdan kənar bir bölgədə, sərhəddə yeni gərginlik, alovlanma ocağını yaratmaq, üzv olduğu hərbi-siyasi təşkilatları gərginliyə qatmaq məqsədi daşıyırdı. Eyni zamanda Ermənistanda çox gərgin vəziyyət hökm sürür, koronavirus pandemiyası vəziyyəti daha da ağırlaşdırıb. Belə olan halda onların təxribatı insanların diqqətini başqa bir məsələyə çəkmək, danışıqların mahiyyəti üzrə aparılmasına maneə törətmək məqsədi daşıyıb.

Bundan əlavə, həmin bölgədən Azərbaycanın çox nəhəng regional enerji-nəqliyyat layihələri keçir və gərginlik yaratmaq Ermənistan tərəfinin qarşısına qoyduğu hədəf idi.

Azərbaycan ordusunun qətiyyətli cavab addımları ilə Ermənistan hərbi birləşmələri geri otuzduruldu, əfsuslar olsun ki, bu təxribat zamanı hərbçilərimiz şəhid oldu. Ermənistan tərəfi növbəti dəfə öz aqressiv terrorçu mahiyyətini büruzə verdi. Çünki yaşayış məntəqələri atəşə tutuldu, 76 yaşlı kənd sakini təxribatın qurbanı oldu".

Nazir, həmçinin deyib ki, bu, ilk hal deyil, Ermənistan silahlı birləşmələrinin əl atdığı yanaşmadır. Ermənistan tərəfinin, dövlətinin terroçu mahiyyəti yaxşı məlumdur.


Oxunma sayı: 5193

Oxşar yazılar