Mayk Taysonun rinqə qayıdış matçı təxirə salındı

  • 14:07 - 12 Avqust

Ağır çəki üzrə sabiq boks çempionu Mayk Taysonun 15 ildən sonra rinqə qayıdış matçı 28 noyabradək təxirə salınıb.

Avropa.info xəbər verir ki, Tayson bu məlumatı “İnstagram” səhifəsində paylaşıb. Matç 12 sentyabrda keçirilməli idi.

Qeyd edək ki, son döyüşünə 2005-ci ildə çıxan 54 yaşlı Taysonun 2 ildir döyüşməyən 51 yaşlı Roy Consla keçirəcəyi 8 raundluq döyüş Los-Anceles şəhərinin “Dignity Health Sports Park”da keçiriləcəkdi.

Karyerası boyu 50 qalibiyyət, 6 məğlubiyyəti olan Tasyon 1986-cı ildə Trevor Berbiki nokautla məğlub edərək “ağır çəkidə ən gənc çempion” adını qazanıb.

Dörd fərqli çəkidə çempion olan Consun 66 qalibiyyəti və 9 məğlubiyyəti var.


Oxunma sayı: 11705

Oxşar yazılar