Rusiya koronovirusdan peyvənd olunanların vəziyyətini bu yolla öyrənəcək

  • 13:41 - 12 Avqust

Rusiyada koronovirus peyvəndi etdirən şəxslərin sağlamlıq vəziyyətini öyrənmək üçün mobil tətbiqetmə yaradılacaq.

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya səhiyyə naziri Mixail Muraşko deyib. Peyvənd edən şəxslər hissiyyatlarını bu yolla çatdıra biləcəklər.

Qeyd edək ki, Rusiya koronovirus əleyhinə vaksini – “SputnikV” dünyada ilk qeydiyyatdan keçirilən dövlət olub. Rusiya Vladimir Putin qızlarından birinin peyvənd olduğunu açıqlayıb.

Klinik Tədqiqatlar Assosiasiyası Rusiya Səhiyyə Nazirliyini qeydiyyat məsələsində tələsməməyə çağırıb. Belə ki, preparatın klinik sınaqlarının üçüncü fazası hələ yekunlaşmayıb.


Oxunma sayı: 6755

Oxşar yazılar