Ermənistan koronovirusa görə fövqəladə vəziyyət rejimini uzatmağa məcbur oldu

  • 13:11 - 12 Avqust

Çərşənbə günü keçirilən fövqəladə iclas zamanı Ermənistan hökuməti koronovirusun yaratdığı pandemiya səbəbindən martın 14-də ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimini 11 sentyabr tarixinə qədər uzatmaq qərarı verib. 

Avropa.info xəbər verir ki, qərarın qəbul olunduğu Nazirlər Kabinetinin iclası yerli telekanallar tərəfindən yayımlanıb.

"Koronovirusla bağlı vəziyyətimiz getdikcə yaxşılaşsa da, ümid edirəm ki, son dəfə fövqəladə vəziyyət rejimini sentyabrın 11-dək uzatmağa məcburuq" - Nikol Paşinyan bildirib.


Oxunma sayı: 4819

Oxşar yazılar