Yunanıstanın türk azlığı assimilyasiya siyasətinə Türkiyə XİN-dən sərt etiraz

  • 12:34 - 12 Avqust

Türkiyə XİN sözçüsü Hami Aksoy Yunanıstanın Qərbi Trakyada yaşayan türk etnik azlığına məxsus ibtidai məktəbləri sistemli şəkildə bağlamaq siyasətinə cavab verib.

Avropa.info xəbər verir ki, Aksoy Yunanıstanın son 25 ildə şagird azlığını bəhanə edərək türk məktəblərini bağlamaq siyasəti haqda danışaraq, daha 8 ibtidai məktəbin bağlandığını bildirib. 25 il əvvəl 231 olan türk ibtidai məktəblərinin sayı indi 115-ə enib.

“Yunanıstanın bu addımı Qərbi Trakyada türk azlığına qarşı on illərdir davam edən assimilyasiya və təzyiq siyasətinin bir hissəsidir. Avropa Birliyi (AB) də üzv ölkədə insan haqlarının sistemli formada pozulmasına tamaşaçı kimi baxır. Yunanıstanı Lozan slh müqaviləsinin prinsipləri ilə uyğun gəlməyən etnik azlıq uşaqlarının təhsil haqlarını müxtəlif bəhanələrlə pozmaq siyasətinə son verməyə və haqqında bəhs edilən məktəbləri yenidən açmağa dəvət edirik” – Aksoy deyib.

Türkiyə XİN rəsmisi beynəlxalq ictimaiyyəti və insan haqları təşkilatlarını bu məsələyə diqqət ayırmağa çağırıb.


Oxunma sayı: 6282

Oxşar yazılar