24 yaşayış məntəqəsində su problemi həll ediləcək - Sərəncam

  • 12:20 - 12 Avqust

Prezident İlham Əliyev "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Avropa.info xəbər verir ki, sərəncama əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə əhalisi 65 122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 ədəd subartezian quyusunun qazılmasını təmin etmək tapşırılıb.

Bu Sərəncamda göstərilən məqsədlər üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 756 min manat ayrılıb.

Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahını təqdim edirik:

Sıra

№-si

Rayonun

adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adıƏhalinin sayı, nəfər
  1.  
Balakən1Sarıbulaq kəndi2631
  1.  
Beyləqan1Mil qəsəbəsi2456
1Milabad qəsəbəsi2465
1Yeni Mil qəsəbəsi2313
  1.  
Bərdə1Xanxanımlı kəndi398
1İkinci Nazırlı kəndi817
1Kələntərli kəndi2100
  1.  
Biləsuvar1Təzəkənd kəndi1879
  1.  
Cəlilabad1Üçtəpə kəndi8179
  1.  
Goranboy1Xınalı kəndi1018
1Yolqulular kəndi819
  1.  
Kürdəmir1Şilyan kəndi5436
  1.  
Quba1Vladimirovka kəndi3230
  1.  
Neftçala1Xol Qarabucaq kəndi2724
  1.  
Şabran1Çölquşçu kəndi901
1Pirəmsən kəndi862
  1.  
Şəmkir1Dəllər Cırdaxan kəndi3145
  1.  
Tərtər1İsmayılbəyli kəndi1549
1Sarov kəndi1870
1Səhləbad kəndi2142
  1.  
Ucar1Qazyan kəndi6868
  1.  
Yardımlı1Mirimli kəndi1642
  1.  
Zaqatala1Aşağı Tala kəndi7304
1Göyəm kəndi2374
Cəmi:242465 122

Oxunma sayı: 6810

Oxşar yazılar