Co Baydenin ABŞ vitse-prezidentliyinə namizəd göstərdiyi ermənipərəst senator kimdir?

  • 11:33 - 12 Avqust

ABŞ Demokrat Partiyasının prezidentliyə namizədi Co Bayden vitse-prezident vəzifəsinə Kaliforniyadan senator seçilmiş 55 yaşlı Kamala Harrisi namizəd göstərib.

Avropa.info xəbər verir ki, Harris prezidentliyə namizədlik üçün keçirilən praymeriz seçkilərində iştirak etmiş, ancaq istədiyi nəticəni əldə edə bilmədiyi üçün namizədliyini geri götürmüşdü. 

Harris Kaliforniyanın Oklend şəhərində yamaykalı ata və hindistanlı ananın uşağı kimi dünyaya göz açıb. Ali təhsilini daha çox amerikalı zəncilərin təhsil müəssisəsi kimi tanınan Hovard Universitetində alıb. 

2003-cü ildə San-Fransisko dairəsi üzrə prokuror təyin edilib. O, bu vəzifəyə təyin olunan ilk qaradərili və Asiya əsilli qadın adını qazanıb. 2010-2014-cü illərdə Kaliforniya ştatının ədliyyə naziri vəzifəsini icra edib. İki müddət prokurorluqdan sonra 2016-cı ildə Demokrat Partiyadan Kaliforniya senatoru seçilib. Harrisin “2020 prezident seçkisi” kampaniyası böyük səs gətirsə də, sonradan aldığı dəstəyi itirməyə başladı. 2019-cu ilin dekabrında seçki kampaniyasını baş vurdu və 2020-ci ilin martında Baydenə dəstək verdi.

Harris ABŞ-da xarici siyasət məsələlərində fikir sahibi olan siyasətçi kimi tanınmır. Ancaq siyasi karyerasına başladığı ilk dövrlərdə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması üçün dəstək verdi və senator olduğu müddətdə ABŞ prezidenti Donald Trampın Yaxın Şərq siyasəti haqda tənqidlər səsləndirməyə başladı.

Harris 2016-cı ildə verdiyi bir bəyanatda “Prokurorluq və Kaliforniya ştatının ədliyyə naziri vəzifələrini tutduğum dövrlərdə olduğu kimi Senatda bəşəriyyət tarixinin ən qaranlıq dövrlərindən biri olan erməni soyqırımının uyğun formada tanınması və nəticə əldə etmək üçün erməni ictimaiyyətinin yanında olacam” demişdi.

Harris 2019-cu ildə ABŞ senatında 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qanun layihəsinə imza atıb:

“Keçmişimizlə əlaqədar, bunları təkrarlamaq üçün hər zaman müzakirə etməyimiz lazımdır. Bəşəriyyət tarixinin ən qaranlıq səhifələrindən biri olan erməni soyqırımını tanıyaraq, həyatını itirənləri şərəfləndirir və insan haqlarını qoruma qətiyyətimizi müəyyən edirik”.

Qeyd edək ki, ABŞ Senatı 2019-cu ilin sonunda 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyaraq qanun layihəsini qəbul etdi.

Harris Trampın Suriyadakı hərbçilərini çıxarmaq qərarını da sərt formada tənqid etmişdi. Trampı 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanın İstanbul baş konsulluğunda öldürülən Camal Qaşıqçı cinayətinə də göz yummaqda da ittiham etmişdi. Harris ABŞ-ı Səudiyyə Ərəbistanı ilə münasibətlərinə yenidən baxmağa çağırmışdı.


Oxunma sayı: 6205

Oxşar yazılar