Gürcüstandan daha 279 azərbaycanlı təxliyə olunur

  • 10:56 - 12 Avqust

Daha 279 nəfər azərbaycanlının Gürcüstandan Azərbaycana təxliyəsi həyata keçirilir.

Onların 74-ü Azərbaycan, 202-si Gürcüstan, 2-si Rusiya, 1-i isə Ukrayna vətəndaşıdır.

Həmin şəxslər ötən gün koronavirusla bağlı test olunublar və heç birində virus aşkarlanmayıb.

Təxliyə olunan şəxslər səfirlikdən COVID-19 arayışı alandan sonra 5 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

“Report” xatırladır ki, pandemiya dövründə Gürcüstan vasitəsilə 1 500 nəfərə yaxın azərbaycanlı Azərbaycana çatdırılıb.


Oxunma sayı: 3334

Oxşar yazılar