Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır

  • 10:43 - 12 Avqust

Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir.

Avropa.info xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçünwww.sy.edu.azportalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.


Oxunma sayı: 5006

Oxşar yazılar