Təcili : PKK terror təşkilatının 2 nömrəli ismi Cəmil Bayık məhv edildi iddiası - Türk SİHA-sı dəqiq zərbə ilə vurdu

  • 01:04 - 12 Avqust

PKK terror təşkilatının iki nömrəli ismi olaraq bilinən Cəmil Bayıkın Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatla öldürüldüyü iddia edilib. 

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. 

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinə aid bir SİHA (Pilotsuz Döyüş Aparatı) İraqın Hakurk bölgəsində, İran sərhədi yaxınlığında Cəmil Bayıkın içində olduğu avtomobili 29 dəqiqə izlədikdən sonra dəqiq atəşlə vurub. İddiaya görə, Bayık vurulan avtomobildən yaralı vəziyyətdə çıxaraq uzaqlaşmağa çalışarkən SİHA daha bir dəqiq atəşlə terrorçunu məhv edib. Avtomobildə olan digər terrorçular da öldürülüb.
 

Xəbərlə əlaqədar hələlik rəsmi açıqlama yayılmayıb.

Qeyd edək ki, terrorçubaşı Abdullah Öcalanın həbsindən sonra, PKK-nın bir nömrəli ismi Murad Karayılan hesab olunur. Terror təşkilatının 2 nömrəli ismi isə Cəmil Bayık sayılır. Bayıkın adı  Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən ən çox axtarılan terrorçular siyahısında qırmızı kateqoriyada yer almaqdadır. Türkiyə onun yerini məlumat verən şəxsə 4 milyon TL mükafat təyin edib. Terrorçu Cəmil Bayık, ötən əsrin 80-ci illərindən Türkiyə ərazisində həyata keçirilən 100-dən çox terror aktının birbaşa təşkilatçısı olub.

Avropa.info


Oxunma sayı: 13652

Oxşar yazılar