Məhkəmə “Holcim”in 12 min manatlıq iddiası ilə bağlı qərar verdi
- 22:40 - 11 Avqust
Bakı Kommersiya Məhkəməsində “Holcim (Azərbaycan)” ASC-nin “E-Trading” MMC-yə qarşı pul tələbinə dair iş üzrə məhkəmə prosesi keçirilib.
Hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, “Holcim (Azərbaycan)”ın “E-Trading” MMC-yə 11 760 manatlıq iddiası təmin edilib.
Qeyd edək ki, “Holcim (Azərbaycan)” cavabdehə qarşı xidmət müqaviləsi üzrə əvvəlcədən ödənilmiş 10 000 manat depozit məbləğinin geri qaytarması, borcun vaxtının gecikdirilməsinə 1 730 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzini ödəməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. (report)