Belorus üç gündür internetsizdir

  • 17:27 - 11 Avqust

Artıq üçüncü gündür ki, Belorusda internetlə bağlı problemlər yaşanır.

Avropa.info xəbər verir ki, istifadəçilərin sözlərinə görə, Belorusun milli .by domen zonasına daxil olan saytlar açmır, messencerlər və qlobal axtarış sistemləri açılmır. 

Dövlət operatoru “Beltelekom” xarici kanalların yüklənməsi ilə bağlı problemin olduğunu deyib. Probleminin konkret həllinin vaxtı göstərilmir.

Aleksandr Lukaşenko daha əvvəl verdiyi açıqlamada Belorus hakimiyyətinin internetin yoxluğu ilə bağlı problemdə əli olmadığını, internetin xaricdən kəsildiyini bildirmişdi. 

Xatırladaq ki, Belorusda internetlə bağlı problemlər seçki günü - 9 avqustda başlamışdı.


Oxunma sayı: 5831

Oxşar yazılar