Gənc rejissora nazirlikdə yüksək vəzifə verildi

  • 16:29 - 11 Avqust

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Rüfət Həsənovu Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edib.

Avropa.info mediapost.az-a istinadla xəbər verir ki, rejissor Rüfət Həsənov bu günədək "Debüt" studiyasının direktoru vəzifəsində çalışıb.

O, 24 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə ÜDKİ rejissor və ssenaristlər üçün ali kursları bitirib.

Xatırladaq ki, dünən Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad edilib.


Oxunma sayı: 9703

Oxşar yazılar