Şagirdlərin elektron yerdəyişməsi başlayır

  • 16:27 - 11 Avqust

Sabahdan, avqustun 12-dən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir.

Təhsil Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.


Oxunma sayı: 5886

Oxşar yazılar