Bakıda yaşayış binasında yanğın – Video

  • 16:10 - 11 Avqust

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Oxunma sayı: 4852

Oxşar yazılar