Yunanıstan Türkiyə ilə bağlı AB-nin təcili iclasını çağırdı – Türkiyədən “Yunan teatrıdır” cavabı gəldi

  • 16:10 - 11 Avqust

Yunanıstan Türkiyənin Aralıq dənizində atdığı addımları müzakirə etmək üçün Avropa Birliyinin təcili iclasını çağırıb.

Avropa.info xəbər verir ki, Türkiyə XİN-nin verdiyi bəyanatda rəsmi Ankara ilə aralarında cərəyan edən kəşfiyyat-qazma böhranı ittifaqa üzv ölkələrlə müzakirə olunacaq.

Qeyd edək ki, Yunanıstan baş naziri Kiryakos Miçotakis Türkiyəyə məxsus seysmik kəşfiyyat gəmisi “Oruc Rəis”in Kipr adası yaxınlarında hidrokarbonat axtarışına davam etməsini müzakirə etmək üçün milli təhlükəsizlik şurasının təcili iclasını çağırmışdı.

Türkiyənin hakim AKP partiyasının sözçüsü Ömər Çelik Yunanıstan Avropa Birliyinə etdiyi müraciətə sosial şəbəkədə cavab verib:

“Yunanıstan hər dəfə olduğu kimi haqsız-hüquqsuz, təcavüzkar siyasətləri uçub Avropa Birliyinin iclasını çağırıb. Avropa Birliyi Yunanıstanın bütün Avropanı “Yunan teatrı”na çevriməsinə icazə verməməlidir”.

Digər tərəfdən məsələyə münasibət bildirən, Avropa Birliyi Aralıq dənizin şərqində baş verən proseslərin “çox narahatedici” olduğunu bildirib və Türkiyə ilə Yunanıstan arasındakı gərginliyin “yaxşı qonşuluq prinsipləri” ilə həll olunmasını ifadə edib. 


Oxunma sayı: 10528

Oxşar yazılar