Tixanovskaya tərəfdarlarını Lukaşenkoya qarşı çıxmamağa çağırdı - VİDEO

  • 15:28 - 11 Avqust

Belorus prezidentliyinə namizəd Svetlana Tixanovskaya tərəfdarlarını etiraz aksiyalarını dayandırmağa çağıran videomüraciət yayıb.

Avropa.info xəbər verir ki, videomüraciət Belorusun “Sarı gavalı” teleqram kanalı yayıb.

“Mən, Svetalana Tixanovskaya dövlət başçısı seçkisində iştirak etdiyiniz üçün sizlərə təşəkkür edirəm. Belorus xalqı öz seçimini etdi. Məni bütün bu müddət ərzində dəstəkləyən bütün vətəndaşlara təşəkkür və doğmalıq hissi ilə müraciət edirəm. Boloruslar! Mən sizləri sağlam düşüncə və qanuna hörmətə çağırıram. Qan və zorakılıq istəmirəm. Sizdən xahiş edirəm ki, milisə qarşı getməyin, küçələrə çıxmayın, həyatlarınızı təhlükə altın atmayın. Özünüzün və yaxınlarınızın həyatını qoruyun” – Tixanovskaya deyib.

Tixanovskayanın bu videomraciəti Belorusda, yaxud Litvaya getdikdən sonra yazdığı məlum deyil. Belə ki, videonun çəkildiyi otaqda pəncərələr pərdələndiyi üçün sutkanın hansı saatını müəyyən etmək mümkün deyil.


Oxunma sayı: 7767

Oxşar yazılar