“Ölkəni tərk etmək barədə qərarı özüm verdim” – Lukaşenkonun əsas rəqibi

  • 14:42 - 11 Avqust

Litvanın xarici işlər naziri Linas Linkyaviçyus bu gün prezident seçkisində Aleksandr Lukaşenkonun əsas rəqibi Tixanovskayanın Belarusdan ayrıldığını və Litvada olduğunu açıqladı. 

Avropa.info xəbər verir ki, Svetlananın əri, populyar bloqer Sergey Tixanovski Belorus həbsxanasındadır. Tixanovskaya ona qarşı təhdidlər olduğu üçün seçki kampaniyası dövründə uşaqlarını xaricə göndərmişdi.

“Düşündüm ki, bütün bu kampaniya məni çox sərtləşdirdi və mənə o qədər güc verdi ki, hamısına dözdüm. Ancaq yenə də mən təbiətən zəif qadın olduğumu düşünürəm. Özüm üçün çox çətin qərar verdim. Qərarı mən özüm qəbul etmişəm - nə qohumlarım, nə dostlarım, nə qərargah, nə də Sergey heç bir şəkildə mənə təsir edə bilməz. 

Bilirəm ki, çoxları məni başa düşəcək, çoxları qınayacaq və çoxları nifrət edəcək. Ancaq bilirsiniz, mənim qarşılaşdığım belə bir seçimlə Allah heç kimi qarşılaşdırmasın. Buna görə də insanlar, xahiş edirəm özünüzə qayğı göstərin. Heç bir həyat indi baş verənlərdən dəyərsiz deyil” - Tixanovskaya “Youtube” videomüraciətində deyib.

Tixanovskayanın sözçüsü Olqa Kovalkova daha əvvəl onun hakimiyyətin təzyiqi ilə ölkəni tərk etmək məcburiyyətində qaldığını demişdi:

“Belorus hakimiyyəti onu ölkədən çıxardı. Svetlananın başqa bir seçimi yox idi. MSK-ya səfərdən beş dəqiqə əvvəl gələcək planlarımızı müzakirə etdik və o, şübhəsiz ki, ölkəni tərk etmək istəmədi ".

Rusiya dövlət agentliyi RİA Novosti Belarus Sərhəd Komitəsinə istinadən xəbər verir ki, Tixanovskaya gecə Litva ilə sərhədi keçib, tərk etmək üçün bütün sənədləri olub, ona qarşı heç bir tədbir görülməyib.


Oxunma sayı: 6953

Oxşar yazılar