COVID-19 əleyhinə ilk peyvəndi Rusiya hazırladı – İlk peyvənd olunanlardan biri Putinin qızıdır

  • 13:42 - 11 Avqust

COVID-19 əleyhinə ilk peyvənd Rusiyada qeydiyyatdan keçib.

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

“Mənə məlum olduğu ki, bu gün dünyada koronovirus infeksiyasına qarşı ilk peyvənd bu səhər qeydiyyata alınıb” – Putin deyib.

Prezident vaksinin effektiv olduğunu, ciddi fəsadlar yaratmadan COVID-19-a qarşı immunitet yaratdığını bildirib. Putin bu xəbəri artıq peyvəndin vurulduğu qızlarından birindən eşidib.

Rusiya səhiyyə naziri Mixail Muraşko peyvəndin istehsalçılarının patent aldığını Putinə bildirib.

“Kliniki tədqiqatların nəticələri vaksinin yüksək effektivliyini və təhlükəsizliyini göstərdi. Sınaqlarda iştirak etmiş bütün könüllülərdə Kovid-19-a qarşı yüksək antikorlar formalaşıb. Immunizasiya olunmuş heç bir şəxsdə pisləşmə qeydə alınmayıb” – Muraşko deyib.

Peyvəndi Rusiyanın N.F.Qamaley adına Epidemiologiya və Mikrobiologiya üzrə Milli Tədqiqat Mərkəzi hazırlayıb. 


Oxunma sayı: 7063

Oxşar yazılar