Restoran və kafelərin fəaliyyəti üçün yeni qaydalar - Rəsmi

  • 13:33 - 11 Avqust

Pandemiya şəraitində insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır.

Qida Təhlükəsizliyi Agentliyindən Avropa.info-ya verilən məlumata görə, hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil olarkən pandemiya şəraitinin tələblərinə mütləq əməl etməli, eyni zamanda həmin müəssisədə bu qaydalara əməl olunması üçün ictimai nəzarətin təmin olunmasında iştirak etməlidir.

İctimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və adambaşına müəyyən edilən sahə 2 qat artırılmalıdır.

Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda masalararası məsafə 2 metr, masalar arxasındakı oturacaqlar arasındakı məsafə isə 1 metrdən az olmamalıdır.

Bu cür məkanlarda mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.

Müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması şərtdir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.

Məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməlidir.

Yeməklər hazırlanarkən termiki emala düzgün əməl olunmalıdır.

Pandemiya dövründə ictimai iaşə müəssisələri necə fəaliyyət göstərməlidir? (FOTO) - Gallery Image

Oxunma sayı: 6909

Oxşar yazılar