Ağ Evdə atəş səsləri eşidildi – Trampın mətbuat konfransı yarıda kəsildi

  • 11:56 - 11 Avqust

ABŞ prezidenti Donald Tramp mətbuat konfransı keçirdiyi anda təhlükəsizlik xidməti tədbiri yarıda kəsib və prezidenti zaldan çıxarıb.

Avropa.info xəbər verir ki, hadisə Ağ Evdə mətbuat üçün brifinq zamanı baş verib. Zaldakı müxbirlərin çölə çıxmasına icazə verilməzkən, Tramp bir müddət sonra zala qayıdıb.

Ağ Evin xaricində silah səsi eşitdiyini bildirən Tramp “Vəziyyət nəzarət altındadır” deyib. 

Tramp atəş edən şübhəlinin təhlükəsizlik xidməti tərəfindən vurulduğunu və yaralı şəxsin xəstəxanaya çatdırıldığını qeyd edib.


Oxunma sayı: 7063

Oxşar yazılar