İsrail Qəzzanın tək ticarət qapısını da bağladı

  • 11:33 - 11 Avqust

İsrail Qəzzanın ticarətə açıq olan tək sərhəd-keçid məntəqəsi Kərəm Əbu Salimi humanitar yardım və yanacaq tədarükü istisna bütün daşınmalar üçün bağlayıb.

Avropa.info xəbər verir ki, İsrailin müdafiə naziri Benni Qantz sərhəd-keçid məntəqəsinin bağlanması qərarını Qəzzadan yandırıcı şarların İsrail ərazisinə göndərilməsi ilə əsaslandırıb. Bu gündən etibarən humanitar yardım və yanacaq istisna bütün ticarət mallarının girişi qadağan ediləcək. 

AA-ya müsahibə verən fələstinli rəsmi İsrailin bu gündən etibarən bütün inşaat mallarının daxil olmasına maneçilik yaratdığını da bildirib.

İsrail mətbuatının yazdığına görə, Qəzza sərhədi yaxınlığında havaya buraxılan yandırıc şarlar üzündən 5 yaşayış məntəqəsində 12 yanğın hadisəsi baş verib.


Oxunma sayı: 4489

Oxşar yazılar