Lukaşenkonun seçkidə əsas rəqibi ölkədən qaçdı

  • 11:10 - 11 Avqust

Belorusda keçirilən prezident seçkisində Aleksandr Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya Litvaya gedib.

Avropa.info xəbər verir ki, onun Litvada olduğunu bu ölkənin xarici işlər naziri Linas Linkyaviçyus “Tvitter” səhifəsində yazıb.

Tixanovskaya dünən verdiyi açıqlamada Belorusu tərk etməyəcəyini bəyan etmişdi: “Həbs olunmağım üçün bir dənə də səbəb görmürəm və ölkəni tərk etməyəcəm”.

Tixanovskayanın mətbuat katibi Anna Kreasulinın sözlərinə görə, sabiq namizəd MSK-da üç saatlıq söhbətdən sonra vəkili Naksim Znaka qərar verdiyini bildirib. Onunla sağollaşaraq MSK binasını tərk edib.

Dünən Belorus vaxtı ilə 19:00-20:00-dan sonra əlaqə saxlamayıb.


Oxunma sayı: 6711

Oxşar yazılar