Slovakiya rusiyalı diplomatları ölkədən qovdu - Casusluq ittihamı

  • 01:32 - 11 Avqust

Slovakiya Rusiya diplomatlarını casusluqda ittiham edərək ölkədən çıxarıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Slovakiyanın “Markiza” kanalı isə bildirib ki, söhbət üç diplomatdan gedir. Bildirilib ki, onlar Rusiya xüsusi xidmət orqanlarının işçiləridir.

Xatırladaq ki, 2018-ci ildə də Slovakiya rusiyalı diplomatın casusluq fəaliyyəti ilə məşğul olduğunu iddia edərək onu ölkədən göndərib.  


Oxunma sayı: 7712

Oxşar yazılar