Yunanıstan Türkiyəyə qarşı NATO-dan kömək istəyir - Ankaranın Aralıq dənizində NAVTEX elan etməsi rəsmi Afinanı qorxuya saldı

  • 00:50 - 11 Avqust

Türkiyənin Şərqi Aralıq dənizindəki həmlələrindən narahat olan Yunanıstan NATO-dan kömək istəyib. 

Avropa.info xəbər verir ki, Türkiyənin Meis adası yaxınlığında NAVTEX elan edib "Oruc Rəis" gəmisi ilə seysimik araşdırma aparacağını elan etməsindən narahat olan rəsmi Afina NATO-ya müraciət edib.  

NATO rəhbəri Jens Stoltenberqə telefon zəngi edən Yunanistan baş naziri Kiriakos Miçotakis, Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətini dayandırmasını xahiş edib.

Xatırladaq ki, Türkiyə öz haqqı və Liviya ilə imzalanmış rəsmi müqavilə çərçivəsində Aralıq dənizində fəaliyyətini gücləndirib. Aralıq dənizində gəmilər göndərən Türkiyənin bu addımı Fransa, Yunanıstan, İsrail və Misirin narahatlığına səbəb olub.


Oxunma sayı: 13916

Oxşar yazılar