ABŞ-da güclü partlayış baş verib

  • 23:45 - 10 Avqust

ABŞ-da evdə qaz partlayışı nəticəsində azı bir nəfər ölüb.

Hadisə Merilend ştatının Baltimor şəhərində qeydə alınıb.

Partlayışın gücündən bir neçə ev tamamilə dağılıb.

Xilasetmə əməliyyatı zamanı dörd nəfər dağıntıların altından çıxarılıb. Onların vəziyyəti ağırdır. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Hazırda 30-dan çox xilasedici dağıntılar altında qala biləcək insanları axtarmağa davam edir.(apa)


Oxunma sayı: 6865

Oxşar yazılar