Türkiyədə bir gündə 14 nəfər koronavirusdan ölüb

  • 23:27 - 10 Avqust

Son gün ərzində Türkiyədə koronavirusdan daha 14 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 858 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 193 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 241 997-yə yüksəlib.

Eyni zamanda son sutkada virusa yoluxmuş 1 211 pasiyent sağalıb. Hazırda Türkiyədə koronavirusdan sağalanlarlın sayı 224 970 nəfər təşkil edir.

 


 


Oxunma sayı: 10341

Oxşar yazılar