Livan hökuməti istefa verib

  • 18:57 - 10 Avqust

Livan hökuməti istefa verib.

Bu barədə Nazirlər Kabinetinin iclasından sonra Səhiyyə naziri bildirib.

Bununla da Livan hökuməti ölkə əhalisinin tələblərindən birini yerinə yetirib. Vətəndaşlar həm də parlamentin buraxılmasını  və islahatların həyata keçirilməsini tələb edirlər. 

Qeyd edək ki, Beyrut limanında baş verən partlayışdan sonra ölkədə nümayişlər keçirilir.

Avqustun 4-də baş vrən partlayışda 200 nəfərin həlak olduğu, onlarla insanın itkin düşdüyü, 6 minədək insanın yaralandığı bildirilir. (apa)


Oxunma sayı: 4104

Oxşar yazılar