Antonio Banderas koronavirusa yoluxub

  • 18:22 - 10 Avqust

İspaniyalı aktyor Antonio Banderas yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Aktyor bu barədə özünün “Twitter” hesabında yazıb.

A. Banderas COVID-19 testinin pozitiv çıxdığını bildirib.

“Özümü nisbətən yaxşı hiss edirəm, sadəcə bir qədər yorğunam. Əminəm ki, tezliklə sağalacağam”, - deyə aktyor vurğulayıb.

Qeyd edək ki, bu gün A. Banderasın 60 yaşı tamam olur.(apa)


Oxunma sayı: 6128

Oxşar yazılar