Livanda istefa verən nazir sayı dördə çatdı

  • 17:43 - 10 Avqust

Beyrut limanındakı partlayışdan sonra baş verən etiraz aksiyalarının təzyiqi nəticəsində daha bir nazir – maliyyə naziri Qazi Vazni istefa verib.

Avropa.info xəbər verir ki, Vazni ədliyyə naziri Nari Kloud Nəcm, informasiya naziri Menal Əbdüssəməd və ətraf mühit naziri Damianos Kattardan sonra istefa verən dördüncü nazir olub.

“Reuters”in istefa ilə bağlı yaydığı xəbərdən sonra Vazni hələ istefa vermədiyini, lakin istefa ərizəsini nazirlər kabinetinin iclasına təqdim edəcəyini deyib. 

Maliyyə naziri iqtisadi böhran keçirən Livanı xilas etmək üçün BVF ilə danışıqlar aparan əsas şəxslərdən biridir.


Oxunma sayı: 8427

Oxşar yazılar