“Koronovirus mövsümi xəstəlik deyil” – ÜST rəsmisindən qorxudan açıqlama

  • 17:12 - 10 Avqust

Yeni koronovirusun yaratdığı xəstəliyin mövsümi olduğuna dair heç bir əlamət yoxdur.

Avropa.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove bu gün keçirdiyi brifinqdə bildirib:

"Hər gün bu virusla bağlı yeni bir şey öyrənirik. Virus heç bir yerə getməyib. Mövsümi olduğuna dair heç bir əlamət yoxdur. Yayılmaqda davam edir və əhalinin əksəriyyəti ona həssas olaraq qalır. İnfeksiyanın qarşısını almaq və həyatını xilas etmək üçün əlimizdən gələni etməliyik".

Bunu nəzərə alaraq, Van Kerkhove insanları hökumətlərin tövsiyələrinə əməl etməyə, riskləri azaltmaq üçün özlərini də tədbirlər görməyə çağırıb:

"Evdə qalmağınız istənirsə, qalın. Əgər nəqliyyatda və mağazada maskalar geyinməyiniz istənirsə, geyin. Əgər zəif havalandırma olan binalardan uzaq qalmaq imkanınız varsa, qalın. Bu yolla yalnız özünüzü deyil, potensial risk qrupunda olanları da qoruyun”.


Oxunma sayı: 6711

Oxşar yazılar