Azərbaycanın 3 klubu bu ölkə təmsilçiləri ilə qarşılaşacaq

  • 16:58 - 10 Avqust

Azərbaycanı avrokuboklarda təmsil edəcək 3 klub Şimali Makedoniya təmsilçiləri ilə üzləşəcək.

Avropa.info xəbər verir ki, Çempionlar Liqasında 2020/2021 mövsümündə çıxış edəcək "Qarabağ" sözügedən ölkənin "Sileks", Avropa Liqasında "Neftçi" "Şkupi", "Sumqayıt" isə "Şkendiya" təmsilçiləri ilə qarşılaşacaq.

Çempionatın bürünc mükafatçısı “Keşlə”yə isə Albaniyanın "Laçi” klubu rəqib olub. Bakılılar da qarşılaşmaya paytaxtda çıxacaq.

Qeyd edək ki, "Qarabağ"- "Sileks" matçı avqustun 18-də, Avropa Liqasının I təsnifat mərhələsinin qarşılaşmaları isə avqustun 27-də keçiriləcək.


Oxunma sayı: 18668

Oxşar yazılar